Logo

UNEC-in müəllim və tələbələri üçün bp-dən töhfə!

16.05.2021 02:43 782 baxış
IMG

Bp şirkəti beynəlxalq miqyasda tanınan dərslikləri Azərbaycan dilinə tərcümə edərək, UNEC Kitabxana fonduna hədiyyə edib.


1) Sosial elmlərdə keyfiyyət tədqiqat metodları (Hovard Lyun, Bryus L. Berq)
Bu kitabda tədqiqatçılar keyfiyyət məlumatlarını tərtib etmək, toplamaq, təhlil etmək və nəticələrini elmi ictimaiyyətə təqdim etmək barədə önəmli məqamları əldə edə biləcəklər. 


2)Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı (Mişkin)
Mişkinin müəllifi olduğu kitab universitet tələbələr, iqtisadiyyat və maliyyə sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Kitab “Pul siyasəti”, “Pul və banklar”, “Bank işi” və “Maliyyə bazarları” kimi dərslərdə əsas vəsait kimi istifadə edilə bilər. 


3)Marketinqin əsasları (Kotler, Armstronq)
Marketinq sahəsində bestseller sayılan bu kitabda tələbələrin marketinqlə bağlı bilikləri daha asan qavramaları üçün bir çox xüsusi texnikadan istifadə edilir. Kitabın hər fəsli marketinq təcrübəsindən qısa bir hekayə ilə başlayır və qarşıya qoyulan məqsədlərin ifadəsi verilir. Nəzəri müddəaların praktiki tətbiqetmə nümunələri ilə təsvir olunmasına görə kitab geniş oxucu dairəsi tərəfindən yüksək qiymətləndirilir.


4)Kütləvi kommunikasiya mediası (Con Vivian)
Bu dərslik isə medianın fəaliyyətindən və media savadlığını artırmağın yollarından bəhs edir.

Xəbər lenti