Logo

Sabah ölkə üzrə bütün orta məktəblərdə dərs günüdür

15.05.2021 19:53 893 baxış
IMG

Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəkidə dərslər 16 mayda onlayn-distant qaydada, digər bütün ərazilərdə ənənəvi qaydada təşkil olunacaq. 

 

Tehsil.biz-in məlumatına görə, istər ənənəvi, istərsə də onlayn-distant dərslərdə 12 may üçün nəzərdə tutulmuş dərslər keçiriləcək. 

 

Saathesabı çalışanlar üçün iş günü və əməkhaqqı ödənməsi 12 may tarixinin cədvəlləri üzrə həyata keçiriləcək. 

 

17 maydan etibarən isə Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəkidə ənənəvi dərslər bərpa olunur. 

 

21 günlük dərs müddətində II - IX siniflər üzrə summativ qiymətləndirilmə ənənəvi qaydada, məktəbdə təşkil olunacaq, X v XI  siniflər üçün isə onlayn-distant qaydada həyata keçiriləcək.

Xəbər lenti