Logo

ADPU-da “İnsan alverinə qarşı mübarizə” adlı görüş keçirilib

15.05.2021 15:35 497 baxış
IMG

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) İbtidai təhsil fakültəsi təşkilatının təşkilatçılığı ilə onlayn formatda, “Zoom” platforması üzərindən “İnsan alverinə qarşı mübarizə” adlı görüş həyata keçirilib.

 

Tədbirdə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə mövzu ətrafında tələbələrə əhatəli məlumat vermiş, öz təəssüratlarını, fikirlərini bölüşərək iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. 70 nəfərədək tələbənin iştirak etdiyi görüşdə qarşılıqlı fikir mübadiləsi aparılmış, insan alverinin cəmiyyətin çox böyük bəlası olduğu və bu bəlanın cəmiyyəti fəlakətə sürüklədiyi qənaətinə gəlinmişdir. Buna görə də hər bir gəncin cəmiyyətin aktiv üzvü kimi bu tipli məsələlərdə diqqətcil davranmalı olduğu vurğulanaraq insan alverindən qorunmaq və qorumaq üçün lazımi bilgilər payıaşılmışdır.

Xəbər lenti