Logo

Beynəlxalq Ailə Günü münasibəti ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində tədbir keçirilib

15.05.2021 14:17 436 baxış
IMG

Tədbir “Məktəblinin dostu” layihəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçlığı ilə baş tutub. Maarifləndirici təlimdə Bakı şəhəri 57 nömrəli tam orta məktəbin müəllim heyəti, məktəbin 8 və 9-cu sinif şagirdləri, valideynlər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli iştirak edib.

 

Tədbirdə “Ailə nədir?”, “Ailə dəyərləri və ənənələr”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu”, “Azərbaycan dövlətinin ailə siyasəti” haqqında tədbir iştirakçılarına geniş məlumatlar verilib. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdə  gördüyü işlərdən danışılıb.

 

Təlimin sonunda Ailə Problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli  mövzu ilə bağlı şagird və valideynlər tərəfindən verilən sualları cavablandırılıb.

Xəbər lenti