Logo

BMU-da “Gələcəyin müəllimləri” adlı təlim keçiriləcək

15.05.2021 14:10 446 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi Pedaqoji fakültənin tələbələri üçün “Gələcəyin müəllimləri” mövzusunda növbəti təlim keçirəcək.

 

Müəllimlik peşəsinin əhəmiyyəti ilə bağlı tələbələri maraqlandıran bir çox mövzuları əhatə edəcək təlimin qonağı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovdur.

 

17 may 2021-ci il tarixində saat 16:00-da baş tutacaq təlimə https://meet.google.com/zht-fyog-gto linki vasitəsilə qoşulmaq mümkündür.

Xəbər lenti