Logo

Kazan məktəbində bomba həyəcanı yaşandı

14.05.2021 17:44 570 baxış
IMG

Bu gün Rusiyanın Kazan şəhərində məktəblərdən birində bomba həyəcanı yaşanıb.

 

Tehsil.biz Azvision.az-a istinadən xəbər verir ki, şəhərin 27 saylı məktəbinə bomba qoyulması barədə məlumat yayıldıqdan sonra təxminən 80 şagird təxliyə edilib.


"Rəhbərliyə 27 saylı məktəbdə partlayıcı qurğu olması barədə xəbər daxil olduqdan sonra uşaqlar 41 saylı məktəbə təxliyə edilib",- deyə yerli media yazıb.


Şəhər rəhbərliyinin yaydığı məlumata görə, bomba barədə daxil olan zəng yalan xəbər olub.

Xəbər lenti