Logo

“Elm tarixi və elmşünaslıq” jurnalı beynəlxalq elmi nəşrlər bazasında indeksləşdirilib

14.05.2021 09:52 399 baxış
IMG

Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı Almaniyanın “Advanced Sciences İndex” (“İnkişaf etmiş elmlər indeksi”) beynəlxalq elmi nəşrlər bazasının Tarix və arxeologiya kateqoriyasında indeksləşdirilib.

 

Bu barədə Elm Tarixi İnstitutundan məlumat verilib.


Qeyd edək ki, jurnal beynəlxalq xülasələndirməsi olan, dünyanın müxtəlif elmi nəşrlərinin indeksləşdirildiyi “Advanced Sciences İndex” bazasında qeydiyyatdan keçərək rəsmi müqavilə əldə edib.


“Elm tarixi və elmşünaslıq" beynəlxalq elmi-nəzəri jurnalı “Advanced Sciences İndex”də Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir və bazada dünyanın nüfuzlu jurnalları qeydiyyata alınıb.

Xəbər lenti