Logo

5 övlad atası, ömrünün 16 ilini oteldə keçirən dahi

13.05.2021 09:53 654 baxış
IMG

Tehsil.biz lent.az-a istinadən Viktor Hüqo haqda bilmədiyimiz 10 faktı təqdim edir:

 

1. Viktor Hüqo 14 yaşında artıq 2 faciə əsəri yazmışdı.

 

2. Hüqonun yazıçılıq istedadı ilə yanaşı rəssamlıq qabiliyyəti də güclü olub. Səkkiz yaşından etibarən o, rəsm çəkməyə başlayıb.

 

3. Viktor Hüqo özü "Paris Notr-Dam" əsərini fransız xalqını tarixi abidələri sevməyə ruhlandırmaq üçün yazdığını qeyd edirdi.

 

4. Dahi yazıçı ömrünün 16 ilini fransız otellərindən birində yaşayıb.

 

5. Yazıçı maddi böhrana düşən zaman qələm-kağızını götürüb bir otağa qapanıb çılpaq halda yazmağa başlayırdı.

 

6. "Səfillər" romanını 20 ildən çox vaxta yazmışdır.

 

7. Yazıçının həyat yoldaşı Adel ona qarşı çox laqeyd olsa da, 5 övlad dünyaya gətirmişdir.

 

8. O, 50 il boyunca "əsl həyat yoldaşım" adlandırdığı başqa bir qadınla sevgi münasibəti yaşayıb.

 

9. 80 yaşı olanda xəstəlikdən əziyyət çəkən Viktor Hüqo onun şərəfinə düzəldilmiş paradda iştirak etməkdən imtina edə bilmir. Nəticədə sətəlcəmi daha da inkişaf edir və dünyasını dəyişir.

 

10. Merkuri planetinin kraterlərinin birini yazıçının şərəfinə adlandırıblar.

Xəbər lenti