Logo

BMU Qadınlar Şurası Ulu Öndərin 98-ci ildönümünə həsr olunan aksiyaya qoşulub

10.05.2021 15:04 409 baxış
IMG

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “35 uşağa 35 ağac əkək” adlı aksiya keçirilib.

 

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin müəllim və tələbə heyəti yaxından iştirak edib.

 

Qeyd edək ki, universitetin ictimai-sosial həyatında fəal iştirak edən BMU Qadınlar Şurası həm universitet daxilində, həm də kənarda mütəmadi olaraq müxtəlif aksiyalar keçirməklə yanaşı, müxtəlif layihələrin həyata keçirilməsində aktiv rol oynayır.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbər lenti