Logo

"Sən elə bir zirvəsən” adlı onlayn tədbir keçirilib

10.05.2021 14:56 641 baxış
IMG

ADPU-nun Fizika fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illdönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn tədbir keçirilib. 


Mayın 8-də ADPU Fizika fakültəsi Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən tədbirdə sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, fakültə dekanı, dosent Arzu Daşdəmirov, fakültə YAP-ın sədri, baş müəllim Əsmət Teymurova, fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, dosent Xatirə Adgözəlova, YAP-ın Səbail rayonu üzrə  “Pedaqoqlar” ilk ərazi təşkilatının sədr müavini, dosent Soltanəli Qurbanov,  fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib. 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Tədbiri giriş sözü ilə açan b/m Ə. Teymurova YAP-ın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu barədə geniş məlumat verib. Ə.Teymurova bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və qurtuluş mübarizəsinin qalibidir. Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki Ulu Öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır. Ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində xalqımız üçün misilsiz xidmətlər göstərib. Allah-Taala hər 100 ildən bir ddah, fenomenal şəxsiyyətlər yetişdirir. XX yüzillikdə də Heydər Əliyev bizim xalqın payına düşüb. Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimlərin edə bilmədiyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutub. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev bütün həyatı boyu hər zaman xalqını, Vətənini düşünüb. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Ulu Öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarmağı bacarıb.


Tədbirin gedişində Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən video  nümayiş etdirilib. Tələbələr – Fidan Qafarova, Samirə Qaraxova, Səma Allahverdiyeva, Leyla Əsgərova, Əsmər Mikayılova  şeirlər səsləndirib. 


 Yekunda dos. A. Daşdəmirov, dos. S. Qurbanov, “Ümumi fizika” kafedrasının baş müəllimi Hüseyn Aslanov, “Fizikanın tədrisi texnologiyası” kafedrasının dosenti Əfqan Kərimov və digər  professor-müəllim heyəti Ulu Öndərin zəngin həyat yolu, xeyirxah əməlləri, xalqımızın həyatında oynadığı roldan danışıb, xatirələrini bölüşüblər.

Xəbər lenti