Logo

Professor: Süni intellekt Azərbaycanın bioloji ehtiyatlarının idarə olunması üçün strateji üstünlükdür

13.01.2026 18:09 37 baxış
IMG

Azərbaycanda bütün sahələrdə, o cümlədən elm və təhsil sektorunda rəqəmsallaşmaya, süni intellektin tətbiqinə xüsusi diqqət yetirilir. Rəqəmsal texnologiyaların və süni intellektin elmin müxtəlif sahələrində geniş tətbiqi məlumatların toplanması, işlənməsi və idarə olunmasında inqilabi yeniliklərə yol açır. Bu proses biologiya elmi, xüsusilə flora və fauna ehtiyatlarının öyrənilməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir.

Bu barədə AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov söyləyib. O qeyd edib ki, rəqəmsal platformaların yaradılması və məlumat bazalarının formalaşdırılması tədqiqatların effektivliyini artırmaqla yanaşı, ekosistemlərin monitorinqi və biomüxtəlifliyin qorunması sahəsində də yeni imkanlar açır.

“Süni intellekt texnologiyalarının tətbiqi biologiya elminə, xüsusilə bitki və heyvan növlərinin identifikasiyası, yayılma areallarının proqnozlaşdırılması və ekoloji risklərin qiymətləndirilməsi sahəsində innovativ yanaşmaların istifadəsinə şərait yaradır. Məlumatların analizi və modelləşdirilməsi süni intellekt alqoritmləri vasitəsilə daha sürətli və dəqiq həyata keçirilir, bu da ölkənin bioloji ehtiyatlarının elmi əsaslarla idarə olunması və qorunması üçün strateji üstünlük verir”, - deyə alim bildirib.

Xəbər lenti