Logo

Respublika fənn olimpiadalarının informatika fənni üzrə rayon turu keçirilib

12.01.2026 18:44 33 baxış
IMG

Yanvarın 10-11-də respublika fənn olimpiadalarının informatika fənni üzrə rayon (şəhər) turu təşkil edilib.

Təhsil İnstitutundan bildirilib ki, olimpiada onlayn formatda keçirilib.

İmtahan nəticələrinə əsasən:

8-ci siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 597 nəfər;

9-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 559 nəfər;

10-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 508 nəfər;

11-ci siniflər üzrə isə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 501 nəfər olub.

Qeyd edək ki, növbəti mərhələdə iştirak hüququ qazanan şagirdlər barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Xəbər lenti