Logo

BANM bərpaolunan enerji və süni intellekt üzrə kadr hazırlayacaq

12.01.2026 17:49 34 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) tədris proqramları hər il yenilənir.

BANM-in rektoru Elmar Qasımov açıqlamasında bildirib ki, ötən illər ilk dəfə olaraq data analitika və maliyyə ixtisasları üzrə tədrisə başlanılıb. Gələcəkdə isə bərpaolunan enerji mühəndisliyi, süni intellektin mühəndisliyə tətbiqi və bu sahələrdə kadr hazırlığı planlaşdırılır.

“Yeddi il əvvəl açdığımız informasiya təhlükəsizliyi ixtisası bu gün ölkədə ən nüfuzlu ixtisaslardan biridir. Hazırda Azərbaycanda ən güclü kibertəhlükəsizlik mühəndisləri məhz BANM-də yetişdirilir. Sənaye varsa, biznesin idarə edilməsi də olmalıdır. Bu baxımdan BANM bu gün yalnız neft-qaz mühəndisliyi üzrə deyil, həm də İT ixtisasları üzrə ölkədə ən güclü təhsil müəssisəsidir”, - deyə rektor bildirib.

Xəbər lenti