Logo

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

12.01.2026 17:33 34 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatı və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin birgə əməkdaşlığı çərçivəsində “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda maarifləndirici təlim təşkil olunub.

BDU-dan bildirilib ki, təlimdə universitetin Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova nanotexnologiyaların elmi əsasları, bu sahənin yaranma tarixi və müasir inkişaf mərhələləri barədə məlumat verib. O, həmçinin nanotexnologiyaların tibb, mühəndislik, elektronika, materialşünaslıq və digər sahələrdə tətbiq imkanları, eləcə də inkişaf perspektivlərindən bəhs edib.

Təlim çərçivəsində iştirakçılar BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasına ekskursiya ediblər. Ekskursiya zamanı laboratoriyada aparılan elmi-tədqiqat işləri, istifadə olunan müasir texnoloji avadanlıqlar və elmi araşdırmaların mərhələləri haqqında ətraflı məlumat verilib.

Xəbər lenti