M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı aparıcı mühasib vakansiyası elan edir.
Bu barədə MDU-nun Bakı filialından məlumat verilib. Vakant olan vəzifə haqqında məlumatı təqdim edirik:
İş qrafiki: Tam ştat, 6 günlük
- Həftəiçi: 09:00–17:00
- Şənbə: 09:00–15:00
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Ünvan: Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun şəkildə aparılması
- Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanması və təqdim edilməsi
- Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatların vaxtında təqdim edilməsi
- Büdcə və büdcədənkənar vəsaitlərin uçotuna nəzarət
- Əməkhaqqı, məzuniyyət, ezamiyyə, tələbə təqaüdləri və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi
- Əsas vəsaitlərin, ehtiyatların və mal-material qiymətlilərinin alınması, istismara verilməsi, amortizasiyasının hesablanması, balansdan silinməsi və inventarizasiyanın aparılması
- Mühasibat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsi
- Rəhbərliyin və baş mühasibin tapşırıqlarının icrası
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə)
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
- Dövlət müəssisəsində və ya ali təhsil müəssisəsində iş təcrübəsi arzuolunandır.
- AR Vergi Məcəlləsi, əmək qanunvericiliyi və mühasibat uçotu üzrə biliklər
- 1C, MS Excel və müvafiq mühasibat proqramlarında sərbəst işləmək bacarığı
- Azərbaycan dili vacibdir. Rus dili arzuolunandır.
- Məsuliyyətlilik, dəqiqlik və analitik düşüncə.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə [email protected] elektron ünvanına fevralın 5-dək göndərə bilərlər.