Logo

Qeyri-adi oxu salonu şəhərin bəzəyinə çevrilib

09.05.2021 09:55 803 baxış
IMG

Çexiyanın paytaxtı Praqada memar Martin Rainis tərəfindən layihə edilmiş "Gulliver" oxu salonu dirijabl şəklində olmaqla əsl memarlıq nümunəsi sayılır.

 

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “uçan” dirijablı xatırladan oxu zalı iclaslar, təqdimatlar, sənət əsərlərinin müzakirələri və seminarlar üçün ictimai yer kimi fəaliyyət göstərəcək.

 

"Gulliver"in taxta və polad konstruksiyasının uzunluğu 42 metr, eni 10 metrdir. Oxu salonunda, eyni zamanda, 120 nəfər yerləşə bilər.

 

Qeyri-adi oxu salonu Çexiya paytaxtının mərkəzinin əsl bəzəyinə çevrilib.

Xəbər lenti