Logo

ADAU-da Ege Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib

09.01.2026 16:29 65 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində fənn tədris edən Türkiyədən olan müəllimlərlə növbəti görüş keçirib.

Görüş zamanı birgə tədqiqat layihələrinin həyata keçirilməsi və tədrisin keyfiyyəti ilə bağlı bir çox məsələlər müzakirə olunub.

Rektor Zəfər Qurbanov ikili diplom proqramında təhsil alan tələbələrdən gözləntilərin böyük olduğunu bir daha diqqətə çatdırıb. Həmçinin proqramda tədris olunan ixtisasların sayının artırılması və proqramın qəbul müddətinin uzadılması ADAU-EGE ikili diplom proqramının inkişafında yeni mərhələ kimi qiymətləndirilib.

Görüşdə fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.

Xəbər lenti