Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına "Müasir Azərbaycan dili" şöbəsinin bazasında "Müasir Azərbaycan dili və nitq mədəniyyəti" şöbəsi yaradılacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AMEA-dan məlumat verilib.
Bildirilib ki, şöbənin yaradılması ilə bağlı institutun Elmi Şurasında verilən qərar elmi bölmədə təsdiqlənəcək.
Bundan sonra isə qərar Rəyasət Heyətinin müzakirəsinə çıxarılıb qəbul olunacaq.