Logo

“Çin dilinin tədrisində süni intellektin tətbiqi” - metodoloji seminar

06.01.2026 18:05 66 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun onlayn lektoriyasında Çin dili müəllimləri üçün "Çin dilinin tədrisində süni intellektin tətbiqi" mövzusunda metodoloji seminar keçirilib.

Bu barədə ADU-dan bildirilib. Seminarı açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun sözlərinə görə, süni intellektdən istifadə etməklə tələbələr Çin dilində ünsiyyət bacarıqlarını daha interaktiv və fərdiləşdirilmiş şəkildə inkişaf etdirə bilərlər.

O, həmçinin bildirib ki, süni intellekt texnologiyaları tələbələrə gündəlik danışıq təcrübəsi, qrammatika korreksiyası, real həyatda dialoq vəziyyətlərindən istifadə, Çin heroqlifləri üzərində interaktiv onlayn məşqlər, tələffüz və dinləmə bacarıqlarını inkişaf etdirmək üçün tonal təlim və Çin mədəniyyəti, tarixi və adət-ənənələri haqqında geniş biliklər daxil olmaqla, Çin dilini öyrənmə təcrübəsi təklif edir.

Seminarda çıxış edən ADU-nun Çin dili müəllimi Kəmalə Məmmədova Çin dilinin öyrənilməsində süni intellektin istifadəsinin üstünlüklərini, o cümlədən geniş tədris materiallarının bazasına çıxışı, oyun texnologiyalarından istifadəni, nitqin tanınmasını və real vaxt rejimində səhvlərin düzəldilməsini, eləcə də interaktiv lüğət və qrammatika bacarıqlarının təkmilləşdirilməsini vurğulayıb.

Xəbər lenti