Logo

Ötən il xarici ölkələrdə verilmiş elmi dərəcələrin tanınması ilə bağlı statistik məlumatlar açıqlanıb

06.01.2026 16:59 61 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2025-ci ildə xarici ölkələrdə verilmiş elmi dərəcələrə dair sənədlərin tanınması ilə bağlı statistik məlumatları açıqlayıb.

AAK-dan bildirilib ki, hesabat dövründə müxtəlif ölkələrdə əldə olunmuş elmi dərəcələr üzrə ümumilikdə 16 müraciətə baxılıb. Tanınma ilə bağlı müraciətlər əsasən Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Macarıstan, Fransa, Çex Respublikası, Yaponiya, Finlandiya və Belçika kimi ölkələri əhatə edib.

Elm sahələr üzrə tanınma müraciətləri daha çox biologiya elmləri, aqrar elmlər, tibb elmləri, texnika elmləri, iqtisad elmləri və hüquq elmləri üzrə qeydə alınıb. Bununla yanaşı, filologiya, siyasi elmlər, sosiologiya və fəlsəfə sahələri üzrə də müraciətlər daxil olub.

Statistikaya əsasən, ən çox müraciət Türkiyə (16) və Rusiyada (4) verilmiş elmi dərəcələrlə bağlı olub. Almaniya, Ukrayna və Macarıstan üzrə 3 müraciət, Fransa üzrə 2, Çex Respublikası, Yaponiya, Finlandiya və Belçika üzrə isə hər biri üzrə 1 müraciət qeydə alınıb.

Qeyd edək ki, təqdim olunan məlumatlar Ali Attestasiya Komissiyasının 2025-ci il ərzində xarici ölkələrdə verilmiş elmi dərəcələrin tanınması ilə bağlı apardığı ekspertiza və qiymətləndirmə proseslərinin nəticələrini əks etdirir.

Xəbər lenti