Logo

Salyanda 11 yaşlı məktəbli xəstəxanada vəfat etdi

05.01.2026 17:08 71 baxış
IMG

Salyan rayonunda 11 yaşlı uşağın ölümü ilə bağlı araşdırma aparılır.

Tehsil.biz-in məlumatına görə, Salyan şəhər sakini, 2015-ci il təvəllüdlü E.Nəcəfov yüksək hərarət şikayəti ilə xəstəxanaya müraciət edib. İlkin məlumatlarda azyaşlının xəstəxanada inyeksiyadan sonra şoka düşərək dünyasını dəyişdiyi bildirilib. Faktla bağlı araşdırma başlanılıb.

Hadisə ilə bağlı Salyan Rayon Mərkəzi Xəstəxanası da rəsmi açıqlama yayıb. Bildirilib ki, yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü pasiyent ağır vəziyyətdə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Azyaşlıya “dəqiqləşdirilməmiş hiperqlikemiya” diaqnozu ilə zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-i saat 04:00-da pasiyentin bioloji ölümü qeydə alınıb. Ölümün ilkin səbəbi kimi hipotoniya göstərilir.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Baş vermiş hadisə ilə bağlı mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.

Xəbər lenti