Logo

Novruz çərşənbələrinin vaxtı məlum oldu

04.01.2026 19:35 60 baxış
IMG

Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.

Bu il Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

Od çərşənbəsi martın 3-ü Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbə 17 mart olacaq.

Novruz bayramı günləri isə 20–24 mart tarixlərini əhatə edəcək. 

Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.

Xəbər lenti