Logo

Vakant dövlət qulluğu vəzifələri müsahibəsində 29 namizəd uğur qazanıb

12.10.2020 15:36 514 baxış
IMG

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

Tehsil.biz DİM-in oktyabrın 12-si saat 12:25-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 29 nəfər uğur qazanıb. Onlardan 12-si Təhsil Nazirliyində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 4-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 4-ü Milli Arxiv İdarəsində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak etmək üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Xəbər lenti