Logo

İki universitet arasında memorandum imzalanıb

08.05.2021 14:41 76 baxış
IMG

Odlar Yurdu Universiteti və Ukraynanın Kondratyuk adına Poltava Milli Texniki Universitetinin birgə təşkilatçılığı ilə onlayn şəkildə video formatda “Dünya iqtisadiyyatında yeni çağırışlar: Problemlər, imkanlar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans iki universitet arasında əməkdaşlıq memorandumunun imzalanması ilə başlayıb. Memoranduma əsasən, hər iki universitet arasında müxtəlif layihələrin işlənib hazırlanmasında, birgə elmi tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və bu kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Universitetin müvafiq struktur rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın və təcrübə mübadiləsinin hər iki universitet üçün faydalı olacağı vurğulanıb.

 

Konfransın moderatoru Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Elşad Yaqub oğlu Məmmədov açılış nitqində bu əməkdaşlığın hər iki tərəf üçün müsbət cəhətlərindən söz açıb. O, “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının əməkdaşlarının konfransın təşkil olunmasındakı rolunu xüsusi vurğulayıb.

 

Konfransda “Post-böhran şəraitində iqtisadi idarəetmənin mümkün istiqamətləri” və “Dünya iqtisadiyyatının struktur böhranının əsas səbəbləri” mövzularında ümumilikdə 10, Odlar Yurdu Universiteti tərəfindən isə 5 məqalə dinlənilib. Çıxışlar 3 dildə - Azərbaycan, Ukrayna və İngilis dillərində olub.

 

Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi, siyasi elmlər doktoru Cümşüd Nuriyev “Paradiqma Qloballaşma Siyasəti və İqtisadiyyatı”, Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əşrəf Həsənov “Böhrandan sonrakı dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın əsas istiqamətləri”, Aysel Əliyeva “Pandemiyanın dünya iqtisadiyyatına əsas təsirləri”, Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının baş müəllimi Sevinc İbrahimova “Azərbaycan Respublikasının aqrosənaye sektorunun investisiya cəlbediciliyinin amilləri və göstəriciləri”, Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müəllimi Babək Feyzullayev “Post-böhran şəraitində turizm sektorunun idaəedilməsinin mümkün istiqamətləri” mövzularında çıxış edib.

Xəbər lenti