Logo

BŞTİ üzrə məktəb və bağçalarda işə qəbul müsahibələrinin vaxtı açıqlanıb

16.12.2025 20:56 28 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsinin vaxtı açıqlanıb.

BŞTİ-dən bildirilib ki, müsahibələrə dekabrın 17-dən start veriləcək.

Belə ki, qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsindən 30-34 bal aralığında bal toplayan namizədlərə müsahibənin vaxtı və məkan haqqında məlumat SMS vasitəsilə göndərilib.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.

Müsahibənin nəticələri barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Xəbər lenti