Logo

Müstəqil Azərbaycanı qurub yaşadan Lider: Heydər Əliyev

11.12.2025 16:23 57 baxış
IMG

  Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb, lakin şərəfli yolun mərkəzində bir Lider dayanır. Xalqın yaddaşında dərin iz qoymuş, dövlətçilik məktəbinin 

əsasını möhkəmləndirmiş - Ulu Öndər Heydər Əliyev. 12 dekabr - onun anım günü yalnız bir tarixi xatırlatma deyil, müstəqil Azərbaycanın təməllərinin necə formalaşdığını, hansı çətinliklərdən keçərək möhkəm bir dayağa çevrildiyini dərk etmək üçün mühüm bir gündür. Heydər Əliyev 1923-cü il mayın 10-da 

Naxçıvanda dünyaya gəldi və 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkənin inkişaf istiqamətini köklü şəkildə dəyişdirdi. Onun o dövrdə həyata keçirdiyi qərarlar təkcə iqtisadi geriliyin qarşısını almadı, həm də xalqın öz gücünə inamını artırdı. 1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə yüksəlməsi, daha 

sonra isə 1990-cı ildə Moskvadan istefa verərək xalqının taleyində yenidən iştirak etmək üçün Azərbaycana qayıtması onun dövlətinə və millətinə bağlılığının

ən bariz sübutu idi.
  1993-cü ilin iyununda Azərbaycan tarixi həlledici bir dönəmdən keçərkən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət idarəçiliyinin bərpası, hüquqi-siyasi sistemin qurulması, milli ordunun formalaşdırılması və 

  Azərbaycanın beynəlxalq aləmdə tanınmasının gücləndirilməsi o dövrün ən ağır, lakin zəruri addımları idi. 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması 

isə ölkənin gələcəyini dəyişən strateji addım olaraq Azərbaycanın enerji xəritəsini yenidən cızdı və ölkəni bölgənin iqtisadi mərkəzinə çevirdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbulu, ölkədə siyasi sabitliyin tam bərqərar olması, demokratik institutların qurulması və iqtisadi islahatların ardıcıllığı dahi şəxsiyyət Heydər Əliyev dövrünün dəyişməz xarakterik cizgiləridir. Bu illər Azərbaycanın müstəqil, güclü və öz sözünü deyən bir dövlət kimi formalaşdığı mərhələ oldu.
  Ulu Öndər Heydər Əliyevin qurduğu siyasət təkcə həmin dövrün çətinliklərini aradan qaldırmağa deyil, gələcək nəsillərə güclü bir dövlət mirası qoymağa 

xidmət edirdi. Onun uzaqgörənliyi, milli maraqları hər şeydən üstün tutması və ən çətin situasiyalarda belə sarsılmaz qərarlılığı Azərbaycan cəmiyyətində böyük etimad yaratdı. 

  2003-cü il dekabrın 12-də dünyasını dəyişməsi xalq üçün ağır bir itki olsa da, onun qoyduğu ideyalar və yaratdığı dövlətçilik modeli bu gün də yaşayır və Azərbaycan reallığının əsas sütunlarından birini təşkil edir. 12 dekabrda keçirilən anım mərasimləri Heydər Əliyevin yalnız bir siyasi lider kimi deyil, həm də müstəqil dövlətin memarı kimi xatırlanmasının nümunəsidir.
Onun irsinin yaşadılması və davam etdirilməsi isə müasir dövrdə İlham Əliyev tərəfindən yeni şəraitə uyğun şəkildə reallaşdırılır.

  Bu davamlılıq Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xəttinin müasir çağın tələbləri ilə uzlaşdırıldığını göstərir və bu günün güclü Azərbaycanın möhkəm təməllər üzərində yüksəldiyini sübut edir.

 


Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Gülöyşə Azadqızı

Xəbər lenti