Logo

Konfederasiya sədri: "Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər sosial tərəfdaşlığın güclənməsinə xidmət edir"

11.12.2025 15:23 40 baxış
IMG

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 10 dekabrda keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.

Müzakirələrdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi olduğunu vurğulayıb.

Konfederasiya sədri dəyişikliklərin əmək hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə, sosial tərəfdaşlıq və dialoqun inkişafına, işçi-işəgötürən münasibətlərində şəffaflığın və sabitliyin təmin olunmasına xidmət etdiyini, əmək hüquqları üzrə beynəlxalq standatlara uyğun olduğunu qeyd edib.

Xəbər lenti