Logo

Naxçıvandakı Xaraba Gilan türbələrinin İslam sivilizasiyasına məxsus olmadığı müəyyənləşib

11.12.2025 14:58 42 baxış
IMG

Naxçıvandakı Xaraba Gilan türbələrinin İslam sivilizasiyasına məxsus olmadığı müəyyənləşib.

Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, arxeoloq Bəhlul İbrahimlinin apardığı arxeoloji qazıntılar bu abidələrdə dəfn adətinin İslam qaydaları əsasında həyata keçirilmədiyini ortaya çıxarıb. Nəticədə indiyədək elmi ədəbiyyatda Xaraba Gilan türbələrinin hamısının İslam sivilizasiyasına məxsusluğu fikirlərinin həqiqətəuyğun olmadığı müəyyənləşib.

Hesabata əsasən, türbələrin və xüsusən onların sərdabələrinin plan quruluşu onların sinkretik abidələr olduğunu və daha çox tanrıçılıq dini inancının dəfn adətlərinə uyğun gəldiyini söyləməyə imkan verir.

Eyni zamanda, sərdabədən əldə edilmiş toxuculuq məmulatından ibarət olan tapıntılar Elxanilər dövlətinin, əsasən, Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri saxladığını söyləməyə imkan verir.

Xəbər lenti