“Yeni dəyişikliklərlə akkreditasiya nəticəsində tətbiqi nəzərdə tutulan sanksiya beynəlxalq təcrübəyə uyğunlaşdırılan və davamlı təkmilləşmə modelini əsas götürən yanaşmaya çevrilir”.
Bunu TƏHSİL.BİZ -ə açılamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.
O qeyd edib ki, akkreditasiya qaydaları ilə yanaşı, tətbiq olunan akkreditasiya meyarlarında da dəyişikliyi özündə əks etdirən layihə hazırda müzakirə olunur:
“Təklif olunan akkreditasiya meyarları prosesi deyil, fəaliyyətin nəticəsini dəyərləndirəcək və təhsil müəssisələrində keyfiyyətin artırılmasına xidmət edəcək”.
Tural Əhmədov əlavə edib ki, akkreditasiya prosesinin nəticələri bir tərəfdən təhsil müəssisələrinin mövcud vəziyyətini həm müəssisənin özünə, həm də maraqlı tərəflərə təsvir və təhlil edir, digər tərəfdən isə gələcək fəaliyyət istiqamətlərinin keyfiyyət əsaslı formalaşdırılmasına kömək göstərir:
“Bu şəkildə formalaşdırılan yanaşma ilə akkreditasiya bütün maraqlı tərəflərlə birlikdə təhsil müəssisələri tərəfindən yaradılan, güvənin təminatını təsdiq edən proses olaraq qəbul ediləcək və ali təhsilin hərtərəfli inkişafına mühüm təsir göstərəcək”.