Logo

Regional və multikultural folklor mühitlərinin araşdırılması üzrə hesabatlar müzakirə edilib

11.12.2025 10:49 30 baxış
IMG

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XII Daxili Şahmat Turniri keçirilib. Şahmatın blits növü üzrə keçirilən ənənəvi yarış tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunub.

Bu barədə TƏHSİL.BİZ-ə Azərbaycan Universitetindən məlumat verilib. Turnirdə iştirak edən tələbələr fərdi şəkildə mübarizə aparıblar. Universitetin baş məşqçisi Nazim Mehralıyevin hakimliyi ilə keçirilən görüşlər maraqlı mübarizə və gərgin rəqabət ilə yadda qalıb.

Turnirin nəticələrinə əsasən Humanitar və sosial elmlər fakültəsinin politologiya ixtisası üzrə təhsil alan III kurs tələbəsi Üzeyir Kərimov birinci, dövlət və ictimai münasibətlər ixtisasının II kurs tələbəsi Nail Abdullayev ikinci yerdə qərarlaşıblar. İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Ayşən Musayeva isə üçüncü yeri tutub.

Qaliblər kubok və sertifikatla mükafatlandırılıblar.

Xəbər lenti