Logo

Bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır – Nazir müşaviri

09.12.2025 14:09 77 baxış
IMG

“Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır”.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev  jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bu hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir:

“Nəticələr dərslik müəllifi komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir. Təhsil İnstitutu dərsliklərin mütəmadi keyfiyyət ekspertizasını həyata keçirir. Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri dərs dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır. Eyni zamanda, şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir”.

Elnur Əliyev vurğulayıb ki, toplanmış məlumatlar əsasında dərslik müəllifi komandalarına təklif və tövsiyələr təqdim olunur: "Dərsliklərin toplanılması və qiymətləndirilməsi prosesi davamlı fəaliyyət olaraq həyata keçirilir".

Xəbər lenti