Logo

Azərbaycan məktəbi inkişaf üçün böyük potensiala malikdir – Nazir müavini

09.12.2025 10:50 44 baxış
IMG

"Dünya sürətlə dəyişir. Süni intellekt artıq ən ağıllı şagirdə çevrilir".

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktik beynəlxalq konfransın açılışında deyib.

“Təhsilin məqsədi artıq öyrənmək və öyrətməkdir. İnanıram ki, bu konfrans təkcə bilik mübadiləsi ilə bitməyəcək. Mütərəqqi təhsil sistemini olduğu kimi tətbiq etmək olmur. Təhsil sistemləri bir ölkədən digərinə nisbətən dəyişir. Təhsildə keyfiyyət mütləq tamamlanmalı, qorunmalıdır. Hər zaman bu sahədə islahatlar hazırlamaq heç də asan olmur. Azərbaycan məktəbi inkişaf üçün böyük potensiala malikdir", - deyə o bildirib.

Xəbər lenti