BSU-nun rektoru Marmara Universitetində “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda mühazirə ilə çıxış edəcək.
Bakı Slavyan Universitetinin (BSU) “Konstitusiya və Suverenlik İli” üzrə Fəaliyyət Planına uyğun olaraq BSU-nun rektoru Anar Nağıyev Marmara Universiteti Türkiyyat Araşdırmaları İnstitutunda “Dəyişən geosiyasi reallıqlar və Azərbaycanın regional liderliyi” mövzusunda mühazirə ilə çıxış edəcək.
Tarix: 2 dekabr 2025-ci il
Məkan: Marmara Universiteti Türkiyyat Araşdırmaları İnstitutu, Türkiyə.