Logo

Peşə təhsil müəssisələrinin təhsilverənləri üçün ixtisasartırma təlimləri yekunlaşıb

01.12.2025 15:59 23 baxış
IMG

Peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və təhsilverənlərin peşəkar bacarıqlarının müasir tələblərə uyğunlaşdırılması məqsədilə 9 oktyabr – 27 noyabr tarixlərini əhatə edən ixtisasartırma təlimləri uğurla başa çatıb.
 

TƏHSİL.BİZ xəbər verir ki, təlimlər istehsalat təlimi ustaları və ixtisas fənn müəllimlərinin öz sahələri üzrə ən son texnoloji yenilikləri, eləcə də müasir avadanlıqların işləmə prinsiplərini mənimsəməsini təmin etməyə yönəlib.

Təxminən iki ay davam edən bu təlimlər ölkənin dörd böyük şəhərini – Bakı, Gəncə, Qəbələ və Bərdəni əhatə edib. Ümumilikdə 300 nəfər təhsilverən təlimlərdə iştirak edərək nəzəri biliklərini möhkəmləndirib, real istehsalat mühitində tətbiq olunan praktiki bacarıqlarını təkmilləşdirib. Sessiyalar müəllimlərin pedaqoji və didaktik yanaşmalarını yeniləyərək onların tədris prosesində daha interaktiv və səmərəli metodlardan istifadə imkanlarını genişləndirib.

Proqram 40-dan çox müxtəlif ixtisası əhatə edib və təlimləri uğurla tamamlayan  iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti