Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.
Hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.
İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.
Nəticədə o hadisə yerindəcə vəfat edib.
Hadisənin “Kristal Abşeron” yaşayış kompleksində baş verdiyi müəyyən edilib.
Belə ki, 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymur oğlu ehtiyatsızlıq səbəbindən hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən yerindəcə vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
***
APA-nın məlumatına görə, oğlan sözügedən binada yaşamayıb. O, Qobudan o binaya hazırlığa gəlirmiş.