Logo

“Ulu Öndər xatirələrdə” layihəsinin növbəti qonağı professor İzzət Rüstəmov olub

31.10.2025 17:46 44 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyinin təşkilatçılığı ilə “Ulu Öndər xatirələrdə” layihəsi davam edir. Layihənin növbəti qonağı universitetin Sosial elmlər və psixologiya fakültəsinin məsləhətçi professoru İzzət Rüstəmov olub.

Bu barədə BDU-dan bildirilib.

Professor “Dahi şəxsiyyət: BDU-dan liderliyə gedən yol” mövzusunda mühazirə deyib, Ümummilli Lider Heydər Əliyev haqqında xatirələrini bölüşüb. O, 1994-1999-cu illərdə Baş nazirin müavini vəzifəsində çalışarkən Ulu Öndərlə birbaşa işləmək imkanı qazandığını diqqətə çatdırıb. İzzət Rüstəmov Ulu Öndərin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünya ölkələri arasında tanınmasında əvəzsiz xidmətlərini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən elm və təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. İzzət Rüstəmov çıxışı zamanı Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, dövlət idarəçiliyindəki uzaqgörənliyindən və gənclər üçün nümunəvi şəxsiyyət olmasından bəhs edib.

Muzeyin mütəxəssisi Afət Seyidzadə çıxışında bildirib ki, artıq üç ildir “Ulu Öndər xatirələrdə” layihəsi həyata keçirilir və tanınmış ziyalılar bu tədbirlərdə iştirak edirlər.

Xəbər lenti