Logo

UNEC ilə “Rabitəbank” arasında əməkdaşlıq memorandumu imzalanıb

30.10.2025 21:36 34 baxış
IMG

UNEC-də universitet-sənaye əməkdaşlığının inkişafı istiqamətində növbəti addım atılıb.

Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Rabitəbank” ASC arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynovun imzaladığı memoranduma tərəflər arasında bank sahəsində müasir texnologiyalar və internet bankçılıqla bağlı təcrübə mübadiləsi, Ömürboyu Təhsil Mərkəzi ilə birgə kommersiya yönümlü təlimlərin keçirilməsi daxildir. Bundan başqa, memorandumda tələbələr üçün “Rabitəbank”da müxtəlif növ təcrübə proqramlarının, o cümlədən istehsalat təcrübələrinin təşkili, birgə layihə, konfrans, təlim və seminarların keçirilməsi, həmçinin bank mütəxəssislərinin UNEC-in tədris prosesinə mühazirəçi qismində cəlb edilməsi əks olunub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Karyera günləri”nin təşkili də nəzərdə tutulub.

Xəbər lenti