Logo

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılıb

30.10.2025 15:12 43 baxış
IMG

Elm və Təhsil Nazirliyinin dəstəyi, “AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinin icrasına başlanılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.

İlk təlim Lənkəran rayonu Şürük kənd tam orta məktəbində keçirilib. Sessiyalar interaktiv formada təşkil olunaraq şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları və məsuliyyətli internet istifadəsi mövzularını əhatə edib.

Layihə çərçivəsində növbəti təlimlərin digər bölgələrdə də keçirilməsi planlaşdırılır.

Xəbər lenti