Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. BDU rektoru Elçin Babayev iclasın gündəliyini elan edib.
İclasda BDU-da idarəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması, təhsil və elmi tədqiqatların keyfiyyətinin artırılması ilə bağlı müzakirələr aparılıb. BDU üzrə boş olan baş elmi işçi, elmi işçi və kiçik elmi işçi vəzifələrinin tutulması üçün seçki keçirilib. Bəzi dərslik və kitablara nəşr hüququ (qrif) verilib.
Daha sonra cari məsələlərə baxılıb.