Logo

ADPU-ya qəbul olan tələbələrin 64%-i dövlət sifarişi ilə təhsil alacaq

26.09.2025 14:02 83 baxış
IMG

2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbulun nəticələrinə əsasən, ADPU-nun plan yerləri tam dolub. 

TƏHSİL.BİZ xəbər verir ki, qəbul olunanların 57 %-i (1507 nəfər) dövlət sifarişi, 43%-i (1145 nəfər) isə ödənişli əsaslarla qəbul olunub. Həmçinin ödənişli əsaslarla qəbul olunan tələbələrin 178 nəfəri güzəşt kateqoriyası üzrə qəbul edilib (ümumi qəbulun 7 faizə qədəri). Bu isə qəbul olunan tələbələrin ümumilikdə 64 %-ə qədərinin dövlət hesabına təhsil alacağı deməkdir.

Xəbər lenti