Logo

ADPU-da Qazaxıstan universitetlərinin rəhbərləri ilə görüş keçirilib

26.09.2025 14:00 80 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Abay adına Qazaxıstan Milli Pedaqoji Universiteti (KazNPU) və Qazaxıstan Milli Qadın Pedaqoji Universitetinin (KNWTTU) rəhbərləri ilə görüş keçirilib.

Universitetdən TƏHSİL..BİZ -ə bildirilib ki, görüş zamanı tərəflər mövcud əlaqələrin möhkəmləndirilməsi, ikili diplom proqramlarının uğurlu icrası və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların təşkili, beynəlxalq layihələrdə birgə iştirak məsələləri geniş müzakirə olunub.

 

 

 

 


 

Xəbər lenti