Logo

Şirvan–Salyan regionunda tələbə adını qazananların sayı artıb

10.09.2025 16:47 53 baxış
IMG

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin tələbə adını qazanan məzunlarının sayında artım müşahidə edilir.  

İdarədən TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildirilib ki, 2024-2025-ci tədris ilində region məktəblərinin 11-ci sinfini 4 345 şagird bitirib (Biləsuvar – 961, Neftçala – 858, Şirvan – 825, Hacıqabul – 612, Salyan – 1089). Onların 1 932 nəfəri ali məktəbə, 535 nəfəri isə kollecə qəbul olub.

Müqayisə üçün qeyd edək ki, 2023-2024-cü tədris ilində region məktəblərinin 11-ci sinfini 4353 şagird bitirib (Biləsuvar – 876, Neftçala – 852, Şirvan – 664, Hacıqabul – 555, Salyan – 1286). Onların 1 799 nəfəri ali məktəbə, 413 nəfəri isə kolleclərə qəbul olub.

Həmçinin idarənin əhatə etdiyi rayonlar üzrə statistika belədir:

Hacıqabul üzrə

2024-2025-ci tədris ilində 612 şagird məzun olub, onların 234 nəfəri ali məktəbə qəbul olub.

2023-2024-cü tədris ilində 555 şagird məzun olub, onların 199 nəfəri ali məktəbə qəbul olub.

Biləsuvar üzrə

2024-2025-ci tədris ilində 961 şagird məzun olub. Onların 348 nəfəri ali məktəbə qəbul olub.

2023-2024-cü tədris ilində 876 şagird məzun olub. Onlardan 290 nəfəri ali məktəbə, 75 nəfəri isə kolleclərə qəbul olub.

Şirvan üzrə

2024-2025-ci tədris ilində 825 şagird məzun olub. Onlardan 332 nəfəri ali məktəbə, 81 nəfəri isə kolleclərə qəbul olub.

2023-2024-cü tədris ilində 664 şagird məzun olub. Onlardan 324 nəfəri ali məktəbə, 69 nəfəri isə kolleclərə qəbul olub.

Neftçala üzrə

2024-2025-ci tədris ilində 858 şagird məzun olub. Onlardan 273 nəfəri ali məktəbə qəbul olub.

2023-2024-cü tədris ilində 852 şagird məzun olub. Onlardan 308 nəfəri ali məktəbə, 105 nəfəri isə kolleclərə qəbul olub.

Salyan üzrə

2024-2025-ci tədris ilində 1089 şagird məzun olub. Onlardan 745 nəfəri ali məktəbə qəbul olub.

2023-2024-cü tədris ilində 1286 şagird məzun olub. Onlardan 678 nəfəri ali məktəbə qəbul olub.

Xəbər lenti