Logo

ADAU tələbələrinin nəzərinə!

04.05.2021 16:54 403 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiyalar Mərkəzi tərəfindən  17-19 may 2021-ci il tarixlərində “2B” onlayn sahibkarlıq yarışı keçiriləcəkdir. Yarışda əsas prioritet sahə “Ağıllı kənd” layihələridir. Bu sahə ilə bağlı əsaslı ideyası və layihəsi olan tələbələr 10 may tarixinə qədər qeydiyyatdan keçə bilərlər. Yarışmanın partnyorları Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnnovasiya Agentliyi, Barama inkubasiya və sahibkarlıq mərkəzi həmçinin Kapital Bankdır.
İlk 3 yeri tutan qalib komandalara sertifikat və  partnyorlar tərəfindən hədiyyələr təqdim olunacaq.  

 

Yarışda iştirak edəcək komandaların tərkibi maksimum 5 nəfərdən ibarət ola bilər;

 

Komanda da aqrar sahə və İT üzrə oxuyan tələbə tələb olunur;

 

Təqdim olunan layihələr  “Ağıllı kənd” sahəsi ilə əlaqəli olmalıdır;

 

Komandalara təqdim olunacaq nominasiyalara təqdimat zamanı düzgün vurğulanmalıdır;

 

Komanda kapitanı heyəti düzgün qeyd etməlidir;

 

Qeyd edək ki, layihələrin üzərində işlənilməsi və təqdimatın hazırlanması üçün 48 saat vaxt veriləcəkdir. Sonuncu 24 saatda layihələr yoxlanılacaq və qalib komandalar seçiləcəkdir. 

 

Qeydiyyat üçün link: https://forms.gle/8RaXYpy14wfKqLkN8

Xəbər lenti