Logo

“Məktəblinin dostu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

04.05.2021 15:50 437 baxış
IMG

“Məktəblinin dostu” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

 

Tədbir “Məktəblinin dostu” layihəsi və Bakı şəhər 3 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Maarifləndirici təlimdə Bakı şəhəri 194 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Lalə Qəti, “Robototexnika” dərnəyinin dərnək rəhbəri Gülşən Dadaşova və mərkəzin laborantı Jalə Dadaşova iştirak ediblər. Tədbirdə məktəblilərə mərkəzdə fəaliyyət göstərən “Robototexnika” dərnəyinin xidmətləri, “Günəş enerjisi ilə işləyən modellər”, “Mühərriklə işləyən modellər”, “İki və üç” ölçülü hərəkətli modellər” haqqında geniş məlumatlar verilib. Eyni zamanda şagirdlər “Mühərriklə işləyən külək dəyirmanı”nın hazırlanma prosesi ilə yaxından tanış olublar.

 

Təlim məktəblilərin böyük marağına səbəb olub. Sonda qonaqlar tərəfindən mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb.

Xəbər lenti