Logo

ADAU-da onlayn dərslər davam edir

04.05.2021 15:34 363 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində onlayn dərslər davam edir.

 

Dərslərə Türkiyə, Rusiya, Almaniya, Sloveniya, Polşa, Rumıniya, Bolqarıstan və s. ölkələrin alimləri də cəlb olunmuşdur.

 

Bu günkü qonaq mühazirəçi Amerika Birləşmiş Ştatlarının İllinoyus Universitetinin doktor, professoru Məhəmməd Babadoostdur. Hörmətli professor “Bitki xəstəliklərinin idarə edilməsi” mövzusunda mühazirə söyləyir.

 

Mühazirədə bitki mühafizəsi, aqronomluq, torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə tələbələr, magistrantlar, doktorantlar, müəllimlər iştirak edirlər. Mühazirə bu dəqiqələrdə  də davam edir.

Xəbər lenti