Logo

BDU-da "Qarabağ: milli-mənəvi dəyərlər ocağı" adlı tədbir

04.05.2021 15:03 329 baxış
IMG

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Qarabağ: milli-mənəvi dəyərlər ocağı" adlı onlayn tədbir keçirilib.

 

Tədbirdə Mexanika-riyaziyyat fakültəsinin TGT sədrinin müavini Fidan Məmmədli və fakültənin tələbəsi Aida Ömərli təqdimat edib.

 

Təqdimatda Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri və zəngin mədəniyyətini özündə əks etdirən slayd və videoçarx nümayiş olunub. Videoçarxda həmçinin, işğaldan azad edilmiş ərazilərin yenidən bərpa-quruculuq işləri, Qarabağın yeni və qürurverici görüntüləri öz əksini tapıb.

Xəbər lenti