Logo

8 və 16 may dərs günü olacaq - RƏSMİ

04.05.2021 11:52 2528 baxış
IMG

Mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) dərs günü olacaq.


Təhsil Nazirliyindən Tehsil.biz-ə bildirilib ki, may ayının 8-i və 16-sı müəllimlər üçün iş günü, şagirdlər üçün dərs günüdür.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

 

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Xəbər lenti