Logo

BSU-da Nizami Gəncəviyə həsr olunmuş şeir müsabiqəsi keçirilib

04.05.2021 09:55 637 baxış
IMG

Mayın 3-də Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin Avropa dilləri kafedrasının təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə  həsr olunmuş “Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa nəyə gərək düşüncə" adlı şeir müsabiqəsi keçirilib.

 

Müsabiqə Azərbaycan Respublikasının Preizdenti cənab İlham Əliyevin “Nizami Gəncəvi İli” ilə bağlı çıxışından videofraqmentlə başlayıb. 


Sonra BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulayıblar. 


Daha sonra müsabiqə Tərcümə fakültəsi tələbələrinin rəngarəng çıxışları ilə davam etdirilib. Tələbələr Nizami Gəncəvinin şeirlərini səsləndiriblər. Onların çıxışları Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin qalibi Timur Fətəliyev seçilib. 


Avropa dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Nigar Babayeva tədbirin sonunda çıxış edərək universitet rəhbərliyinə, müəllimlərə və tələbələrə təşəkkür edib. 


 Müsabiqənin sonunda BSU-nun tərbiyə işləri  üzrə prorektoru, dosent Xanım Sultanova çıxış edərək müsabiqə təşkilatçılarına və iştirakçılarına öz dərin minnətdarlığını bildirib.


BSU-nun Mətbuat və informasiya şöbəsi

Xəbər lenti