Logo

BDU-da “Qələbəyə aparan yol - birliyimizin gücü” adlı tədbir

03.05.2021 18:13 58 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya  və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə “Qələbəyə aparan yol - birliyimizin gücü” adlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Fəlsəfə kafedrasının müəllimi Nəzakət Kərimova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun zəngin mədəniyyətimizin sönməz ocağı, böyük şair, musiqiçi və mütəfəkkirlər yetişdirmiş Qarabağın mənfur düşmənin tapdağından azad olunmasının müasir azərbaycan tarixi üçün tarixi uğurlu hadisə olduğunu diqqətə çatdırıb.

 

Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova Azərbaycan xalqının Şanlı qələbəyə çatmaq ücün keçdiyi çətin və şərəfli yoldan söz acıb, qələbənin əldə edilməsində güclü iqtisadiyyat, müasir ordu ilə yanaşı, milli həmrəylik, iqtidar-xalq birliyinin mühüm rol oynadığını vurğulayıb.

 

Sonra Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən Müharibəsi dövlətimizin başçısı İlham Əliyevin gərgin və yorulmaz əməyi, dünyanın aparıcı ölkələri ilə bərabər səviyyədə həyata keçirilmiş ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında Qələbə ilə başa çatdığını tarixi və siyasi əhəmiyyətli hadisə kimi qiymətləndirib.

 

Sonda hər iki fakültənin tələbələrinin hazırladığı BDU-nun şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş bədii kompozisiya nümaiş etdirilib.

Xəbər lenti