Logo

Dövlət İmtahan Mərkəzi otk.az portalında yeni sınaq imtahanı yerləşdirib

03.05.2021 10:10 102 baxış
IMG

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşan abituriyentlərə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə imtahan modelinə uyğun onlayn sınaq imtahanları keçirir.

 

DİM tərəfindən portala ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə (I, II, III və IV ixtisas qrupları üzrə) uyğun yeni №3 2021 sınaq imtahanı (Azərbaycan və rus bölmələri üçün) əlavə olunub. Abituriyentlər sınaq imtahanı verməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

 

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

 

Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

 

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Xəbər lenti